İsrail və Türkiyə iki il əvvəl olduğu kimi AZƏRBAYCANLA MÜTTƏFİQLİK NÜMAYİŞ ETDİRİRLƏR
MEHMAN ƏLİYEVİN YAZISI

Bu həftənin əvvəllərində İsrail və Türkiyə Müdafiə nazirliklərinin nümayəndə heyətlərinin Bakıya ard-arda təcili səfərlərini müşahidə etdik.

 

İsrailin Müdafiə Nazirliyi öz şefi Beni Qantsın səfərini Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində yeni addım adlandırıb.

 

Türkiyənin müdafiə naziri Hulusi Akar Ermənistanın ünvanına səsləndirdiyi bəyanatla Azərbaycan Ordusunun delimitasiya olunmamış sərhədlərdə strateji yüksəkliklər üzərində nəzarətinin bərqərar edilməsi ilə nəticələnən 12-13 sentyabr qarşıdurmasından sonra Bakı və Yerevan arasında yeni gərginlik yarandığı bir vaxtda Azərbaycana tam dəstəyini nümayişkaranə şəkildə vurğulayıb.

 

“Ermənistan təxribatlara son qoymalıdır. Yerevan Azərbaycanla əldə edilmiş razılaşmalar çərçivəsində diqqətini sülh danışıqları və əməkdaşlıq üzərində cəmləşdirməli, sülh niyyəti ilə uzadılmış əli möhkəm sıxmalıdır”, - deyə Akar bildirib. 


"Biz sülh prosesinə müəyyən nikbinliklə yanaşırıq. Bir neçə gün öncə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oldu, bu, sülh müqaviləsinin mətninin hazırlanması üzrə ilk belə görüşdür. Ümid edirik ki, bu, çox vaxt aparmayacaq”, - Prezident İlham Əliyev oktyabrın 5-də Ağdam şəhərində Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib..


Uzun illər boyunca aralarında müttəfiqlik münasibətləri olan, 2010-cu ildə “Azadlıq Donanması” hadisəsindən sonra bu münasibətləri pozulan İsrail və Türkiyə son vaxtlar, Ukraynada ilişib qalan Rusiyanın Suriyada təsirinin zəiflədiyi, İranın klerikal rejiminin isə qadın müqavimətinin təzyiqi altında sarsılmağa başladığı bir vaxtda sürətlə yaxınlaşmağa başlayıblar.

 

2020-ci ilin payızında Azərbaycanın 28 il ərzində qonşusunun böyük ərazisini işğal etmiş Ermənistan üzərində qələbəsində İsrail və Türkiyə mühüm rol oynayıb.

 

Səfərlər Azərbaycanın Bakını Ermənistan ərazilərini işğal etməkdə ittiham edən bəzi Qərb dairələrinin təzyiqini hiss etməyə başladığı bir vaxta təsadüf edib. Azərbaycanda bu qiymətləndirməni ikili standartlar siyasətinin nəticəsi kimi dəyərləndirirlər, ədalətli olaraq eyni dairələrin 1992-94-cü illərdə Ermənistan tərəfindən ələ keçirilmiş Azərbaycan ərazilərini işğal edilmiş ərazilər adlandırmadıqlarını qeyd edirlər.

 

Müdafiə nazirlərinin səfərlərindən dərhal sonra Aİ-nin beynəlxalq işlər üzrə ali komissarı Jozep Borrel ermənipərəst radikalların çağırışlarına cavab olaraq bildirib ki, Aİ Ermənistan-Azərbaycan sərhədinə qoşun göndərmək niyyətində deyil və Bakıya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır. Əksinə, Fransa prezidentinin təşəbbüsü ilə 6-7 oktyabr tarixlərində Praqada Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilir.

 

Əliyev və Paşinyan baş verənlər kontekstində ikitərəfli problemin dinc yolla həllinə diqqət yetirməyə başlayıblar, amma bu notlar hələ də kompromis əldə olunmadığı təqdirdə qətiyyətlilik haqqında bəyanatlarla müşayiət olunur. 


Amma hər iki səfərin İranda qadınların klerikalizm əleyhinə etirazların səbəb olduğu böhranın kulminasiya nöqtəsinə çatdığı bir vaxta təsadüf etdiyini nəzərə almamaq olmaz. 1979-cu il İslam İnqilabından sonra analoqu olmayan hadisələr xaotik şəkil ala bilər ki, bu da çoxmilyonluq azərbaycanlı icması olan İranla qonşu olan Azərbaycanı maraqlandırır.


İran – Ermənistanın köhnə müttəfiqi – 12-13 sentyabr hadisələrindən sonra sərhədlərin dəyişdirilməsinin yolverilməz olduğu haqqında ikimənalı bəyanat səsləndirib və indi Qantsın səfərindən narahatlığını gizlədə bilməyib. İran SQ Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri oktyabrın 3-də operativ qaydada Azərbaycanın müdafiə naziri Zakir Həsənovla ikitərəfli əməkdaşlığa dair telefonla danışıb, sərhəddə birgə hərbi təlim keçirməyi təklif edib. Amma... İrandakı dramatik hadisələr fonunda bu təlimlər baş tutacaqmı?


"Biz sülh prosesinə müəyyən nikbinliklə yanaşırıq. Bir neçə gün öncə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oldu, bu, sülh müqaviləsinin mətninin hazırlanması üzrə ilk belə görüşdür. Ümid edirik ki, bu, çox vaxt aparmayacaq”, - Prezident İlham Əliyev oktyabrın 5-də Ağdam şəhərində Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib..






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.