ABŞ-da şatdaunla bağlı 13-cü səsvermə də uğursuz oldu

ABŞ Senatında hökuməti maliyyələşdirmək üçün Respublikaçılar Partiyasının irəli sürdüyü layihə üzrə 13-cü səsvermə də uğursuz olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, layihə 54 lehinə və 45 əleyhinə səs toplayaraq, 60 səslik baryeri keçməyib.

 

Layihə noyabrın 21-nə kimi maliyyələşməni nəzərdə tuturdu.

 

Xatırladaq ki, ABŞ federal hökumətinin işinin qismən dayandırılması (şatdaun) 1 oktyabr gecə yarısında (Bakı vaxtı ilə saat 08:00-da) maliyyələşdirmənin olmaması səbəbindən başlayıb. Bu, Konqresdə hakim Respublikaçılar və müxalifətdəki Demokratlar Partiyasının nümayəndələrinin səhiyyə sahəsi də daxil olmaqla, bir sıra xərc maddələri ilə bağlı razılığa gələ bilməməsi səbəbindən baş verib. Demokratlar və respublikaçılar bir-birilərini şatdauna təhrik etməkdə və onu siyasi məqsədlərlə uzatmaqda ittiham edirlər.

 

ABŞ qanunvericiliyinə əsasən, federal hökumətin maliyyələşdirilməsi dayandırıldığı təqdirdə, milli təhlükəsizliyin təmin edilməsi və xarici siyasət fəaliyyəti üçün məsul olan nazirlik və idarələr işlərini davam etdirirlər. Oxşar tələblər fəaliyyətləri "həyat və əmlakın qorunması"na yönəlmiş dövlət qulluqçularına da şamil edilir. Bu cür şəraitdə işə çıxmaq məcburiyyətində qalan dövlət qurumlarının əməkdaşları əməkhaqqı almırlar, lakin vəsaitlərin daxil olması məsələsi tənzimləndikdən sonra onlara maaşları ödənilir.

  

Onu da qeyd edək ki, bu, ABŞ tarixində ikinci ən uzun şatdaundur.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.