
Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olmağa can atarkən öz tarixi dəyərlərini qoruyub saxlayır və milli maraqlarını müdafiə edir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili deyib.
Onun sözlərinə görə, Qərb ölkələri Gürcüstan hakimiyyətini "anti-Qərb ritorikasında" tənqid edirlər: "Tbilisidə isə hesab edirlər ki, gərginlik Gürcüstanın Ukrayna münaqişəsinə dair mövqeyi və hökumətin suverenliyi müdafiə etmək səyi ilə bağlıdır".
"Sadəcə hər hansı bir birliyə daxil olmaq üçün bir ayaq üstündə dayanaraq vətəndaşlarını, tarixini və keçmişini necə alçalda bilərsən?! Bəzi QHT-lər və vətəndaş cəmiyyətinin nümayəndələri vətəndaşların dəstəyi olmadan qanunların qəbuluna müdaxilə edərək özlərini legitim seçilmiş hakimiyyətdən üstün tutmağa çalışırdılar", - o qeyd edib.
Gürcüstan Prezidenti vurğulayıb ki, qəbul edilmiş qanunlar xarici maliyyə mənbələrinin şəffaflığını təmin etməyə yönəlib.
 
												
						 
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                         
                                        