Belarusun xarici işlər naziri Qərblə gizli danışıqlardan sonra ölüb - BRİTANİYA MƏNBƏLƏRİ

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Belarusun xarici işlər naziri Vladimir Makey zəhərlənmədən ölə bilərdi.

 

Senzor.az bildirir ki, bu barədə haqqin.az saytı məlumat yayıb.

 

O, Twitter hesabında iddia edib ki, bu hal Belarus Prezidenti Aleksandr Lukaşenkoya siqnal ola bilər.

 

"Makeyi Lukaşenkonun mümkün varisi adlandırırdılar. O, Rusiyanın təsiri altında olmayan bir neçə nəfərdən biri idi. Deyirlər ki, bu, Lukaşenkoya işarə ola bilər", - o yazıb.

 

Eyni zamanda, Belarus mediası fərqli versiya irəli sürür. “Naşa Niva” nəşrinin məlumatına görə, Makeyin ölümünə çox güman ki, infarkt səbəb olub. Hadisə baş verəndə Makey Drozddakı evdə olub.

 

"Yaxınlarının dediyinə görə, səhhətinə ciddi fikir vermədiyi üçün vaxtında həkimlərə müraciət etməyib. Sabah (bu gün – red.) xarici işlər naziri 2020-2021 – ci illərdə teatr mühitində baş verən talanlardan sonra Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə gətirilən həyat yoldaşı, aktrisa Vera Polyakova-Makeyin quruluş verdiyi tamaşaya baxmaq üçün teatra getməyə hazırlaşırdı”, - məlumatda deyilir.

 

Bu versiyanı məşhur rusiyalı hüquqşünas və ictimai xadim Mayk Feyqin də dəstəkləyir və o, Makeyin mahiyyət etibarı ilə Lukaşenkonun əvəzinə öldüyünə əmindir. Eyni zamanda, rusiyalı hüquqşünas qeyd edir ki, XİN rəhbəri Belarus Prezidentinə çox yaxın olub, çünki o, siyasətdə çox məxfi məsələlərlə məşğul olurdu.

 

"Ehtimal ki, o, həqiqətən də Lukaşenko üçün Qərbin Ukraynadakı Şimal əməliyyatına qatılmaması şərtləri altında maraqlı ssenari təklif edən müəyyən kommunikator idi. Bu ola bilərmi? İstisna etmirəm. Lukaşenkonun belə bir etibarlı adamının aradan götürülməsində -  sadəcə olaraq yoxa çıxmasında Moskva maraqlı ola bilərdimi? Bilirsiniz, biz çox şeylər görmüşük və heç nəyə təəccüblənmərik”, - deyə Mayk Feyqin vurğulayıb.

 

Makeyin kimyəvi maddələrin köməyi ilə zəhərlənə biləcəyi ilə bağlı versiyalar səsləndirilir. Lakin bu versiyanın təsdiqlənməsi üçün yarılma və müayinə lazımdır. "Çox güman ki, onlar keçirilsə belə, nəticələri pərdə arxasında qalacaq", - deyə Qərb şərhçiləri bildirirlər.

 

Öz növbəsində Britaniyanın “The Daily Mirror” nəşrinin yazdığına görə, Vladimir Makey Ukrayna münaqişəsi ilə bağlı “gizli danışıqlardan” sonra dünyasını dəyişib.

 

Britaniyalılar xüsusi vurğulayırlar ki, Makey “rəsmi Minsklə Qərb arasında yeganə kommunikasiya kanalı idi”.

 

“Vladimir Makeyn müəmmalı şəkildə ölümü Papanın elçisi Ante Yoziçlə Ukraynada müharibəyə son qoymaq üçün gizli sülh planını müzakirə etdikdən bir gün sonra baş verib”, - deyə nəşr yazıb.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.