Bakıda azyaşlını girov götürən öz atası imiş - “BETON XOSROV” LƏQƏBLİ KEÇMİŞ İDMANÇI
VİDEO

Ötən gün Bakının Suraxanı rayonunda azyaşlını girov götürən və daha sonra polis tərəfindən zərərsizləşdirilən şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.

 

“Report” xəbər verir ki, hadisə Hövsan qəsəbəsində 76 nömrəli məktəbin yaxınlığında yerləşən binada qeydə alınıb.

 

Əvvəllər məhkum olunan Xosrov Əhmədov öz azyaşlı övladının boğazına bıçaq dirəyərək onu öldürəcəyini bildirib.

 

Hadisə yerinə gələn polis əməkdaşları Xosrov Əhmədovu bu əməlindən yayındırmağa çalışıblar. Dəfələrlə polisin qanuni tələblərinə və xəbərdarlıqlarına baxmayaraq, X.Əhmədov öz azyaşlı övladını öldürəcəyini bildirib. Polis əməkdaşları azyaşlının həyatını xilas etmək üçün Xosrov Əhmədovu zərərsizləşdiriblər.

 

Xosrov Əhmədovun əvvəllər peşəkar idmançı olduğu bildirilir. O, ağırlıqqaldırma üzrə Azərbaycan çempionu olub və bir sıra beynəlxalq yarışlarda iştirak edib.

 

O, "Beton Xosrov" ləqəbi ilə tanınıb və sosial şəbəkələrdə videogörüntüləri mövcuddur.

 

X.Əhmədovun bir müddət əvvəl psixoloji problemləri olan əmisinin evini əlindən alaraq, onu küçəyə atdığı da deyilir.













Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.