
Qazaxıstan 2030-cu ilədək doqquz peykdən ibarət Yer kürəsinin məsafədən zondlanması üzrə beynəlxalq qrupun yaradılmasını planlaşdırır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev məlumat verib.
“2030-cu ilədək doqquz peykdən ibarət Yer kürəsinin məsafədən zondlanması üzrə beynəlxalq qrupunun yaradılması planlaşdırılır. Bu qrupa Qazaxıstana məxsus altı peyklə yanaşı, Monqolustan, Konqo Respublikası və Nigeriyanın kosmik aparatları da daxil olacaq”, - nazir bildirib.
Qazaxıstan “KazSat-3” peykinin yeni “KazSat-3R” kosmik aparatı ilə əvəzlənməsi istiqamətində iş aparır. Hesab edilir ki, bu, milli peyk rabitəsi sisteminin dayanıqlığını və müasir texnoloji tələblərə uyğunluğunu təmin etməyə imkan verəcək.