
Yeni Azərbaycan Partiyasının VIII Qurultayına hazırlıq başlayıb.
Senzor.az bildirir ki, artıq partiyanın rayon təşkilatlarının konfransları keçirilir.
Konfranslarda rayon təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyəti qiymətləndirilir, YAP-ın qurultayına nümayəndələr seçilir.
YAP-ın növbəti qurultayının 30 sentyabrda və ya oktyabrın ilk on günlüyündə keçirilməsi nəzərdə tutulub.
Partiyanın rayon və şəhər təşkilatlarının konfransları yekunlaşdıqdan sonra qurultay nümayəndələrinin tam siyahısı müəyyənləşəcək. Bundan sonra isə partiyanın qurultayı ilə bağlı qərar veriləcək.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) sonuncu, 7-ci qurultayı 5 mart 2021-ci ildə keçirilib.