Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı - “MƏN TOKAYEV DEYİLƏM Kİ...”

Qazaxıstanın Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi sosial şəbəkələrdə yayılan və Ermənistan Baş naziri Nikol Paşinyana aid edilən Qazaxıstanla bağlı açıqlamanı təkzib edib.

 

“Teleqraf” xəbər verir ki, qurum apardığı araşdırma nəticəsində Ermənistanın Baş nazirinə aid edilən sitatın saxtalaşdırıldığını üzə çıxardığını bildirib.

 

“Nikol Paşinyan belə sözlər deməyib. Saxta xəbərin müəllifləri müəyyən sözləri dəyişdirib və cavaba ilkin çıxışda olmayan ifadələr əlavə ediblər. Nəticədə açıqlama başqa mənaya bürünüb və süni şəkildə Qazaxıstana qarşı yönəlmiş fikir kimi təqdim olunub. Bu cür manipulyasiyalar mənfi əhval-ruhiyyənin formalaşdırılmasına və Qazaxıstanla Ermənistan xalqları arasında gərginlik yaratmaq üçün süni bəhanələrin ortaya çıxmasına yönəlib”, - mərkəzin açıqlamasında qeyd olunub.

 

Xatırladaq ki, sentyabrın 7-də sosial şəbəkələrdə Ermənistan Baş nazirinə aid edilən açıqlama yayılıb. Bu məlumatı Ermənistan Baş nazir Administrasiyası da təkzib edib.

 

Həmin iddiaya görə, Nikol Paşinyan Rusiyanın Ermənistanı Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında seçim etməyə dair referendum keçirməyə məcbur etdiyi və bu məsələ ilə bağlı Moskvaya çağırıldığı barədə fikrə cavab olaraq belə deyib: “Mən Qazaxıstan Prezidenti (indiki halda Kasım-Jomart Tokayev – red.) deyiləm ki, məni Rusiyaya çağırsınlar. Biz də qazaxlar qədər zəngin deyilik ki, ildə dörd referendum keçirək. Onlar bizi necə referendum keçirməyə məcbur edə bilərlər?”.

 

Sosial media iddiası Qazaxıstanda müzakirə mövzusuna çevrilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.