ƏRDOĞAN ANKARADA ZELENSKİYƏ NƏ VƏD EDİB? - Ukraynanın sabiq xarici işlər naziri Prezidentin kabinetində
EYNULLA FƏTULLAYEV KİYEVDƏN YENİ VİDEO YAYDI

Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış araşdırmaçı jurnalisti, rusdilli populyar Haqqin.az portalının rəhbəri Eynulla Fətullayev çəkiliş qrupu ilə birlikdə Ukraynada ezamiyyətdədir və qaynar nöqtələrdə fəaliyyətini davam etdirərək, silsilə reportajlar, yerli siyasətçilər,  məmurlar, deputatlar, yüksək rütbəli hərbçilər və diplomatlarla videomüsahibələr hazırlayıb yayır.

 

Senzor.az bildirir E. Fətullayev bu dəfə Ukraynanın sabiq xarici işlər naziri (2019-2020), baş nazirin keçmiş müavini (2020) və sonradan ölkəsinin Böyük Britaniyada səfiri olmuş Vadim Pristayko ilə görüşüb.

 

Prezident Zelenskinin yaxın adamlarından biri olan V. Pristayko ABŞ-ın Ukraynaya dəstəyi kəsmək qərarını, eləcə də amerikalıların təzyiqi ilə Avropa Birliyinin də geri çəkilməsini, ümumiyyətlə Trampın komandasındakı parçalanma və polifoniyanı necə izah edir? Doğrudanmı Vaşinqton Rusiyanın Çinlə müttəfiqliyini parçalamaq və Putini öz tərəfinə çəkmək qərarına gəlib? Bəs Qərb niyə Ukraynanın subyektivliyini qurban verir? Prezident Zelenski yeni geosiyasi çağırışların öhdəsindən gələ biləcəkmi, yoxsa Ukraynaya yeni lider lazımdır?

 

Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Zelenskinin Türkiyəyə gözlənilməz səfəri barədə nə düşünür? Ərdoğan Ukrayna Prezidentinə nə vəd edib? Bəlkə Zelenski Türkiyənin əsas rəqibi olan səudiyyəliləri sancmaq üçün Ankaraya uçub?

 

Nə üçün Putin Ukraynanın NATO-ya daxil olmasını tamamilə rədd edərkən, Kiyevin Avropaya inteqrasiyasına icazə verir?

 

Hərbçilər Kiyevdə hakimiyyəti ələ keçirə bilərlərmi? 

 

V.Pristayko E. Fətullayevin həm bu, həm də digər aktual suallarını cavablandırıb və olduqca maraqlı videosöhbət alınıb.

 

Mütləq baxın...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.