İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın Tehrana qarşı təzyiq siyasətinə Azərbaycan atalar sözü ilə cavab verib.
Bu barədə "Azad İran" telekanalı məlumat yayıb.
Bildirilir ki, M.Pezeşkian Tehranda tədbirlərdən birində çıxış edərkən ABŞ-ın maksimum təzyiq siyasətinə toxunaraq vurğulayıb: "Biz demədik ki, müzakirə etməyəcəyik. Lap əvvəldən müzakirə istəyimizi söylədik, amma hər şərtlər əsasında müzakirə etməyəcəyik. Sanksiya tətbiq etdikdən sonra raketləriniz və ya silahlarınız olmasın deyib, yenidən müzakirə barədə bəhs edə bilməzlər".
İran Prezidenti müzakirələrin hörmət çərçivəsində olmasının gərəkdiyini qeyd edib: "Azərbaycan atalar sözümüz var: "Keçmə namərd körpüsündən, qoy aparsın sel səni, yatma tülkü kölgəsində, qoy yesin aslan səni". Yəni şərəf və azadlıq. Biz insanıq və ehtiramla danışacağıq, amma təzyiqə boyun əyməyəcəyik".