İstanbul şəhərində keçirilən əməliyyat nəticəsində Türkiyə ərazisindəki sinaqoqlara və yəhudi məktəblərinə qarşı hücum planlaşdıran İŞİD üzvü saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, saxlanılan şəxs Özbəkistan vətəndaşıdır.
Hüquq mühafizə orqanları onun elektron cihazlarına və istifadə etdiyi rabitə avadanlıqlarına giriş əldə edərək terror həyata keçirmək niyyətində olduğunu bildirib.
Özbəkistan vətəndaşının Türkiyəyə Avropa İttifaqına üzv ölkədən gəldiyi qeyd olunub.