Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.
Senzor.az bildirir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.
Vasif Hüseynovun idarə etdiyi "Mercedes Actros" markalı yük avtomobili ilə Şövqi Kərimovun idarə etdiyi BMW markalı avtomobil toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü Şövqi Kərimov və sərnişini olan həyat yoldaşı Aytac Kərimova hadisə yerində ölüblər. Digər sərnişin - onların 17 yaşlı oğlu Nurlan Kərimov isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.