HƏMAS-ın hərbi qanadı olan "Əl-Kassam" briqadaları sabah azad ediləcək altı israilli girovun adını açıqlayıb.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə HƏMAS-ın hərbi qanadının bəyanatında bildirilib.
“Mübadilə razılaşması çərçivəsində “Əl- Kassam” briqadaları sabah aşağıdakı israilli girovları azad etmək qərarına gəlib: Eliya Koen, Ömər Şem Tov, Ömər Venkert, Tal Şoam, Avera Mengistu, Hişam əs-Səid”, - məlumatda qeyd olunub.