Xəbər verildiyi kimi, İran Prezidenti Məsud Pezeşkian sabah Azərbaycana səfər edəcək.
Senzor.az bildirir ki, İran Prezidenti səfər ərəfəsində Azərbaycan Televiziyasına (AzTV) eksklüziv müsahibə verib.
Aprelin 27-də saat 20:00-da "Həftə" analitik proqramında yayımlanan müsahibədə Məsud Pezeşkian qeyd edib ki, çox şaddır ki, Azərbaycana səfər edəcək. Ona görə ki, Azərbaycanı yad ölkə saymır: “Orada özümüzü qərib hesab etmirik”.
“Biz keçmişdə ortaq tarixi bölüşmüşük, ancaq bu gün aramızda sərhəd var. İki ölkə xalqı kimi bir-birimizin qəmimizə, sevincimizə şərik olmuşuq. Azərbaycana çox yaxşı arzularımız var”, - o qeyd edib.
Pezeşkian vurğulayıb ki, Azərbaycanla münasibətdə heç bir qəriblik hissi yoxdur: “İnşallah, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə də bu öz əksini tapacaq. Biz keçmişdən çox yaxın qardaşlar olmuşuq. Bundan sonra da belə olacaq”.
“Bu tay, o tay bir-birimizlə qohumuq. Gediş gəlişlər töhfə verir. Buna görə də biz qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq”, - deyə İran Prezidenti əlavə edib.
Daha ətraflı videoda: