Qazax rayonunun Qızılhacılı kəndi ərazisində mina partlayıb, xəsarət alan var.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Qeyd edilib ki, agentliyin əməkdaşı - 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrindən yüngül xəsarətlər alıb.
Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Qeyd edək ki, Ermənistanın vaxtilə işğalı altında olan Qızılhacılı kəndi ötən il Azərbaycana geri qaytarılan Qazax rayonunun dörd kəndindən biridir.