Ermənistanın baş naziri Nikol Paşinyan Estoniyaya rəsmi səfərə gedib.
Senzor.az erməni KİV-ə istinadən bildirir ki, səfər çərçivəsində Nikol Paşinyan Estoniya Prezidenti Alar Karis ilə görüşəcək.
Həmçinin, onun Estoniyanın Baş naziri Kristen Mixal ilə də danışacağı, ondan sonra görüşün geniş tərkibdə davam etdiriləcəyi bildirilir.
Görüşdən sonra Ermənistan və Estoniyanın baş nazirləri mətbuata açıqlamalar verəcəklər.
Paşinyanın Estoniya parlamentinin sədri Lauri Xussarla görüşü də planlaşdırılıb.