Gürcüstan Prezidenti Mixail Kavelaşvili bu gün İrəvana gedib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səfər çərçivəsində o, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla təkbətək, daha sonra geniş tərkibdə görüşəcək, bundan sonra tərəflər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.
M.Kavelaşvili həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan və bütün ermənilərin katolikosu II Qareginlə görüşəcək.
Gürcüstan nümayəndə heyətinə Prezident administrasiyasının rəhbəri Ketevan Kvinikadze, xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlament sədrinin birinci müavini Georgi Volski və başqaları daxildirlər.