Samuxda iki avtomobil toqquşub, altı nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə Gəncə-Samux avtomobil yolunun Samux rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Yol qəzası nəticəsində Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü Tahir Sadıqov, Samux rayon sakinləri - 1989-cu il təvəllüdlü Rəşad Əliyev, 1961-ci il təvəllüdlü C.Əliyev, 1990-cı il təvəllüdlü G.Əliyeva, 2015-ci il təvəllüdlü N.Əliyev və 2020-ci il təvəllüdlü F.Əliyeva xəsarət alıblar. Xəsarət alanlardan 4 nəfərin bir ailənin üzvü olduqları bildirilir.
Zərərçəkənlər Samux Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.