İranın liman şəhərində partlayış və yanğın: ölənlərin sayı 40-a çatıb
YENİLƏNİB, VİDEO/ FOTO

İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu əyalətin qubernatoru Məhəmməd Aşuri deyib.

 

Xatırladaq ki, bundan əvvəl İran rəsmiləri və mediası 36 nəfərin öldüyünü və 1241 nəfərin yaralandığını bildirib.

 

**10:54


İranın Şəhid Rəcai limanında baş vermiş partlayışda 18 nəfər həyatını itirib,  yaralananların sayı isə 1 139 nəfərə çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani sosial şəbəkədə məlumat yayıb.

 

“Şəhid Rəcai Limanında vəziyyət nəzarət altındadır. Tibb müəssisələrində 1 139 nəfər var. Onların bir hissəsi hava yolu ilə Şiraz və Luristana aparılıb”, – hökumət sözçüsü bildirib.


**10:00


İranın cənubundakı Bəndər Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş verən partlayış və yanğın nəticəsində ölənlərin və yaralıların sayı artıb.

 

“Mehr” agentliyinin məlumatına görə, hadisə nəticəsində 18 nəfər həlak olub, 800-dən artıq şəxs xəsarət alıb.

 

Bildirilib ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan dəyib. Artıq şəhərdə zərərçəkənlərin sayı çox olduğuna görə transfuziya mərkəzi təcili qan toplanmasını elan edib.

 


**22:44 (26.04.2025)


İranın cənubundakı Şəhid Rəcai limanında baş verən güclü partlayış və yanğın nəticəsində 8 nəfər ölüb, 750-dən çox insan isə yaralanıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İranın daxili işlər naziri İskəndər Momeninin bir az əvvəl verdiyi məlumatda belə deyilir.

 

Əyalət təhlükəsizlik qüvvələrinin komandiri Əli Əkbər Cavidanın sözlərinə görə isə  partlayış nəticəsində daha 6 nəfər itkin düşüb.

 

"Tasnim" partlayışın yanacaq çənindəki alov nəticəsində baş verdiyini iddia edir. 

 

Yerli medianın məlumatına görə, partlayış o qədər güclü olub ki, Fars körfəzindəki Bəndər Abbas limanından azı 20 km aralıda yerləşən Keşm adasında eşidilib.

 

Qeyd olunub ki, ölkədə fövqəladə vəziyyət elan edilib.

 


**14:31


İranın cənubundakı Bəndər Abbas şəhərində,  Mahid Racai dəniz limanında güclü partlayış, ardınca yanğın baş verib.

 

Senzor.az bildirir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, zərərçəkənlərin sayı artıq 400 nəfəri keçib. Onların sayının artacağı istisna olunmur. Liman fəaliyyətini dayandırıb.

 

Partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan vurub.

 

Hadisə yerinə çevik xilasetmə qrupları göndərilib.

“İlkin məlumatlara görə, partlayış təhlükəli yüklər və kimyəvi maddələr anbarında baş verib”, - limanın yerləşdiyi Bəndər Abbas şəhərinin gömrük idarəsindən bildirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.