"Qarabağ" komandası futbol üzrə Misli Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi olub.
Senzor.az bildirir ki, XXXII turda "Sabah"la səfərdə 1:1 hesablı heç-heçə edən Ağdam klubu sona 4 tur qalmış qızıl medalları təmin edib.
Beləliklə, xallarını 77-yə çatdıran Qurban Qurbanovun komandası 12-cı dəfə Azərbaycan çempionu olub. “Sabah” isə 40 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, tura aprelin 28-də keçiriləcək “Sumqayıt”-“Neftçi” oyunu ilə yekun vurulacaq.