Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi PUA zərbəsindən sonra batıb
VİDEO

Göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu, Komor adaları bayrağı altında üzən "Xorev" ticarət gəmisi Qara dənizdə batıb.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, hadisə Rumıniyanın Konstantsa limanından təxminən 13 dəniz mili aralığında baş verib.

 

Məlumata görə, gəminin göyərtəsində 13 nəfər olub: 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı.

 

Bildirilib ki, nəticədə 1 dənizçi ölüb, 3-ü itkin düşüb, 9 nəfər isə xilas edilib. Həlak olan şəxsin vətəndaşlığı hələ açıqlanmayıb.

 

İlkin məlumatlara görə, dron gəmini vurub, bundan sonra göyərtədə yanğın baş verib və batıb. Hadisənin yekun səbəbi hələ ki müəyyən edilməyib.

 

Dəniz Koordinasiya Mərkəzi yerli vaxtla saat 10:00 radələrində gəmidən qəza siqnalı alıb, bundan sonra Rumıniya orqanları xilasetmə əməliyyatına başlayıb.

 

Axtarış-xilasetmə işlərinin koordinasiyasını Rumıniya Hərbi Dəniz İdarəsi həyata keçirir. Əməliyyatda həmçinin Sahil Mühafizəsi və Rumıniya Dənizdə İnsanların Xilasedilməsi Agentliyi iştirak edir. İtkin düşmüş 3 dənizçinin axtarışı üçün hadisə bölgəsinə xilasedici gəmilər göndərilib.

 

"Digi24" qeyd edib ki, gəmi Rumıniyanın ərazi sularından kənarda, lakin ölkənin dəniz sərhədi yaxınlığında olub. Ehtimal edilən dronun hansı ölkəyə aid olduğu hələ təsdiqlənməyib.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.