Azərbaycan və Hindistan XİN rəhbərləri arasında görüş: NƏLƏR MÜZAKİRƏ OLUNDU?
FOTO

Oktyabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfər edən Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə görüşüb.

 

Senzor.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

 

Qeyd olunub ki, nazirlər arasında təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Görüş zamanı Azərbaycan-Hindistan münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə regional və beynəlxalq gündəmin aktual məsələləri müzakirə olunub. C.Bayramov iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət, suverenlik və dövlətlərin bərabər hüquqluluğu prinsipləri əsasında inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Yüksəksəviyyəli təmasların, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikitərəfli dialoqun inkişafında mühüm rol oynadığı qeyd edilib.

 

Prezident İlham Əliyev və Hindistanın Baş naziri Narendra Modi arasında Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşün iki ölkə arasında əməkdaşlıq əlaqələrinin irəlilədilməsi istiqamətində əhəmiyyəti vurğulanıb.

 

Görüşdə iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların təşviqi məsələləri müzakirə edilib. Enerji, əczaçılıq, kənd təsərrüfatı, informasiya texnologiyaları, habelə digər qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları vurğulanıb.

 

Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri çərçivəsindəki strateji rolu və nəqliyyat-logistika potensialı, Azərbaycanda infrastrukturun yaratdığı imkanlar diqqətə çatdırılıb. Bununla yanaşı, birbaşa təyyarə reyslərinin qarşılıqlı turist səfərləri üçün yaratdığı imkanların əhəmiyyəti vurğulanıb.

 

Humanitar və mədəni əlaqələrin, turizmin, təhsil və elm sahələrində əməkdaşlığın inkişafının xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verdiyi qeyd olunub.

 

Görüşdə, həmçinin BMT, Qoşulmama Hərəkatı, AQEM, Şanxay Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

 

Bununla yanaşı, Cənubi Qafqaz regionunda son inkişaflar, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, etimad-quruculuğu tədbirləri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də mina təhlükəsi barədə qarşı tərəfə məlumat verilib.

 

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Yekunda mətbuat konfransı keçirilib və nazirlər mətbuat konfransında bəyanatlarla çıxış ediblər.










Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.