Ərdoğandan Çin, ABŞ və Rusiyaya: ƏDALƏTLİ DEYİL, QƏBUL ETMİRİK

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurası sistemini növbəti dəfə tənqid edərək, 190-dan çox ölkənin iradəsinin 5 ölkənin istəyindən asılı olmasının ədalətli olmadığını bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə bu dəfə o, 9-cu İstanbul Vasitəçilik Konfransına videomüraciətində danışıb.

 

Rəcəb Tayyib Ərdoğan Türkiyənin etimadsızlıq üzərində qurulan beynəlxalq siyasət anlayışını qəbul etmədiyini vurğulayıb: “Qlobal miqyasda münaqişələrin artdığı, gərginliyin yüksəldiyi, beynəlxalq hüquqa və qurumlara inamın sarsıldığı bir dövrdən keçirik. Türkiyə olaraq belə bir dövrdə tərəflərin bir-biri ilə danışmadığı, ümidlərin azaldığı vaxtlarda belə diplomatiyadan əsla vaz keçməməyi özümüzə prinsip seçmişik. Rusiya ilə Ukrayna arasında əsir mübadiləsindən tutmuş Afrika qitəsindəki vasitəçilik səylərimizədək geniş coğrafiyada əldə etdiyimiz nəticələr sayəsində bu gün də sülhə aparan yolu açmağa çalışırıq”.

 

Türkiyə lideri qeyd edib ki, bu gün Fələstində, Livanda, Sudanda və digər böhranlı bölgələrində ümidlərini BMT-yə bağlamış milyonlarla insan dərin məyusluq yaşayır: “Bir həqiqət var ki, 190-dan çox ölkənin iradəsinin 5 ölkənin (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Fransa, ABŞ, Çin, Rusiya və Böyük Britaniyanı nəzərdə tutur - red.) istəyindən asılı olduğu bir sistem nə ədalətlidir, nə də etimadı tam şəkildə bərpa edə bilər. Türkiyə olaraq etimadsızlıq üzərində qurulan beynəlxalq siyasət anlayışını qəbul etmirik. Ən çətin mübahisələrdə belə diplomatiya üçün mütləq bir qapının olduğuna inanırıq.

 

Əsas məsələ həmin qapını açıq saxlamaq üçün iradə, cəsarət və səmimiyyət nümayiş etdirməkdir. Bu istiqamətdə sülh naminə tərəfləri bir araya gətirməyə, təcili həll yolları üçün vasitəçilik etməyə və məsuliyyəti üzərimizə götürməyə davam edəcəyik”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.