Netanyahu İordan çayının qərb sahilində TAM QAPANMA ELAN ETDİ

İsrailin Baş naziri Benyamin Netanyahu Hebronda iki İsrail əsgərinin həlak olması ilə nəticələnən silahlı insidentdən sonra İordan çayının qərb sahilində tam qapanma rejiminin tətbiq edilməsinə dair sərəncam verib.

 

“Al Jazeera” xəbər verir ki, qərar cümə günü səhər saatlarında İsrail hərbçilərinin Telem məskəni yaxınlığında fələstinli silahlılarla atışmasından dərhal sonra qəbul olunub.

 

Qeyd edək ki, hadisə zamanı İsrail ordusu iki fələstinlini öldürüb. İsrail tərəfindən isə 2 hərbçi həlak olub, ən azı 5 nəfər yaralanıb.

 

İsrail ordusunun “böyük bir hücumun qarşısını aldığını” bildirən Netanyahu sosial media hesabında təhlükəsizlik qüvvələrinə Hebronu dərhal bağlamağı və İordan çayının qərb sahili boyunca tam qapanma rejiminə keçməyi tapşırıb. O qarşıdan gələn parlament seçkiləri ilə bağlı bütün tədbirlərini təxirə salıb.

 

İnsidentdən sonra İsrail ordusu İordan çayının qərb sahilinin müxtəlif bölgələrində genişmiqyaslı reydlərə başlayıb. Təkcə Cenin, Hebron, Nablus və Qüds ətraflarında 36-dan çox fələstinli saxlanılıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.