Bolqarıstanda prezident seçkiləri ərəfəsi... SÜKUT GÜNÜDÜR

Bolqarıstanda oktyabrın 25-də keçiriləcək prezident seçkiləri ərəfəsində oktyabrın 24-ü gecə yarısından etibarən seçkiqabağı təşviqata qadağa qüvvəyə minib.

 

"Darik.bg" saytı bildirir ki, seçkiqabağı kampaniya oktyabrın 23-ü gecə yarısı başa çatıb.

 

Şənbə günü sükut günü elan edilib və bu müddət ərzində hər hansı təşviqat qadağandır.

 

Sosioloji sorğuların nəticələrinə görə, namizədlərdən heç birinin birinci turda qələbə qazana bilməyəcəyi ehtimal olunur.

 

Prezidentlik yarışının lideri hakim "Mütərəqqi Bolqarıstan" Partiyasının və Bolqarıstan Sosialist Partiyasının dəstəklədiyi hazırkı Prezident İliyana Yotova hesab olunur. Müxtəlif qiymətləndirmələrə görə, seçicilərin 42 %-dən 50 %-ə qədəri ona səs verməyə hazırdır.

 

Onun əsas rəqibi müxalifətin dəstəyindən istifadə edən texniki hökumətin keçmiş rəhbəri Andrey Qyurovdur. Onun reytinqi 25-29 % qiymətləndirilir.

 

"Dirçəliş" Partiyasının lideri Kostadin Kostadinovu rəyi soruşulanların təxminən 10-12 %-i dəstəkləyir. Bununla belə, bəzi ekspertlər onun nəticəsinin proqnozlaşdırılandan daha yüksək ola biləcəyini istisna etmirlər.

 

Prezidentin birinci turda seçilməsi üçün qeydiyyata alınmış seçicilərin yarısından çoxunun səsvermədə iştirak etməsi, namizədlərdən birinin isə etibarlı səslərin 50 %-dən çoxunu toplaması lazımdır.

 

"Report" xatırladır ki, ümumilikdə Bolqarıstan Prezidenti postuna 27 prezident və vitse-prezident namizədləri cütlüyü iddia edir. Əgər birinci turda qalib müəyyənləşməsə, təkrar səsvermə noyabrın 1-də keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.