Alimlər Günəşdə güclü partlayış qeydə aldılar - MAQNİT QASIRĞASI TƏHLÜKƏSİ

Avqustun 21-də tədqiqatçılar tərəfindən Günəş səthində gücünə görə sondan əvvəlki sinfə aid edilən partlayış qeydə alınıb.

 

TASS Tətbiqi Geofizika İnstitutuna istinadən bildirir ki, avqustun 21-də Bakı vaxtı ilə saat 13:50-də rentgen diapazonunda M1.6 sinifli partlayış qeydə alınıb.

 

Qeyd olunub ki, avqustun 20-də isə Günəşdə eyni vaxtda üç M və 16 C sinifli partlayış baş verib. Yaxın günlərdə isə ən yüksək olan X sinfinə aid partlayışların olacağı ehtimal edilir.

 

Xatırladaq ki, Günəşdəki partlayışlar rentgen şüalanmasının gücünə görə təsnif edilir və beş kateqoriyaya (A, B, C, M və X) bölünür. Ən minimal A0.0 sinfi Yer orbitində hər kvadrat metrə 10 nanovatt şüalanma gücünə bərabərdir. Hər növbəti sinfə keçid zamanı bu güc on dəfə artır. Mütəxəssislərin dediklərinə görə, bu cür partlayışlar plazma atılmaları ilə müşayiət oluna bilər. Həmin plazma buludları Yerə çatdığı təqdirdə isə planetimizdə maqnit fırtınalarının yaranmasına səbəb ola bilirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.