
Avqustun 23-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, havanın temperaturu gecə 23-26°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27°, gündüz 35-38°, bəzi yerlərdə 40°-dək, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacaq.