
Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustin Ermənistanın Baş naziri Nikol Paşinyana Ermənistanın Müstəqillik Günü ilə bağlı təbrik məktubları göndəriblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Putin öz təbrikində Paşinyana möhkəm cansağlığı və uğurlar, dost erməni xalqına isə rifah və firavanlıq arzulayıb.
Mişustin isə qeyd edib ki, qarşılıqlı hörmət əsasında ticarət-iqtisadi, elmi-texnoloji, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi Rusiya və Ermənistanın uzunmüddətli maraqlarına tam cavab verir.