
ABŞ Prezidenti Donald Tramp İran rəsmiləri ilə bütün görüşləri ləğv edib.
Senzor.az bildirir ki, bu barədə Tramp özünün “Truth Social” hesabında yazıb.
ABŞ Prezidenti vurğulayıb ki, etirazçıların mənasız şəkildə öldürülməsi dayanmayana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv edib.
D.Tramp, həmçinin iranlı vətənpərvərlərə müraciət edib: “Etirazlara davam edin - qurumları ələ keçirin. Qatillərin və zorakılıq törədənlərin adlarını yadda saxlayın. Onlar bunun hesabını verəcəklər. Mən etirazçıların mənasız şəkildə öldürülməsi dayanmayana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etmişəm. Kömək yoldadır! MIGA!!!”.
Xatırladaq ki, MIGA (Make Iran Great Again) “İranı yenidən möhtəşəm edək” mənasını verir.