ABŞ və Ermənistan TRIPP layihəsinin reallaşması ilə bağlı BİRGƏ BƏYANNAMƏ QƏBUL EDİBLƏR
VİDEO

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüşüblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, tərəflər Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın inkişaf dinamikasını və əldə edilmiş razılaşmaların həyata keçirilməsini məmnuniyyətlə qeyd ediblər.

 

Mirzoyan və Rubio 8 avqust 2025-ci ildə Vaşinqton Sülh Sammitində əldə edilən razılaşmaların həyata keçirilməsinin gedişatını müzakirə ediblər.

 

Hər iki tərəf Bakı ilə İrəvan arasında sülhün daha da təsisatlaşdırılmasının vacibliyini vurğulayıb və bu istiqamətdə addımlar atılmasını nəzərdən keçirib.

 

Ermənistanın xarici işlər naziri və ABŞ dövlət katibi iki ölkə arasında Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsi üçün çərçivə sazişi ilə bağlı birgə bəyannaməni təsdiqləyiblər və razılaşdırıldığı kimi, bu bəyanat Vaşinqton vaxtı ilə saat 17:00-da ((14 yanvar saat 02:00 - Bakı vaxtı ilə) dərc olunacaq.

 

**22:53

 

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında görüş keçirilib.

 

Juranlistlərə verdiyi qısa açıqlamada Rubio bildirib ki, tərəflər tarixi razılaşmaların bir hissəsi olaraq 2025-ci ilin avqust ayında ABŞ, Ermənistan və Azərbaycan tərəfindən imzalanmış sənədin həyata keçirilməsi üçün bu gün də işlərini davam etdirəcəklər: "Biz səmimi qəlbdən inanırıq ki, bu müqavilə nəticədə bütün dünya üçün bir modelə, iqtisadi fəaliyyətə və rifaha qapı açmağın bir nümunəsinə çevriləcək. Bu, əla bir nümunədir. İnanırıq ki, bu, Ermənistan üçün, ABŞ üçün, iştirak edən hər kəs üçün faydalı olacaq. Amma nəticə etibarilə, bu, dünya üçün bir modeldir. Biz bu işə dərindən sadiqik və bu gün irəliləməyə davam etmək üçün vacib addımlar atırıq".

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.