Bu gecə səmada nadir mənzərə müşahidə olunacaq - "QUNDUZ AYI"

2026-cı il noyabrın 24-dən 25-nə keçən gecə ardıcıl üç superay hadisəsindən birincisi - "Qunduz ayı" adlandırılan noyabr dolunayı müşahidə olunacaq.

 

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

 

Mütəxəssislərin məlumatına görə, Ay Yerdən təxminən 360 000 kilometr məsafədə olacaq ki, bu da mümkün minimal məsafəyə (356 000-357 000 kilometr) yaxındır. Buna görə də Ay diskinin görünən sahəsi orta göstəricidən təxminən 15%, il ərzindəki minimal göstəricidən isə təxminən üçdəbir qədər böyük olacaq.

 

Qış dolunayları ölçüləri ilə yanaşı, üfüqdən xeyli yüksəyə qalxmaları ilə də fərqlənirlər. Belə ki, Ay yayda günorta saatlarında Günəşin çatdığı hündürlüyə qədər yüksəlir.

 

Oxu.az xatırladır ki, bu astronomik hadisə ardıcıl üç superay silsiləsinin başlanğıcı olacaq. Növbəti iki superay dekabr və yanvar aylarında gözlənilir.

 

"Qunduz ayı" adı Şimali Amerikanın yerli xalqlarının təqvimindən və "Köhnə fermer almanaxı"ndan qaynaqlanır. Belə ki, noyabr ayında qunduzlar qışa hazırlıq məqsədilə fəal şəkildə bəndlər tikir və onları möhkəmləndirirlər.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.