Bərzani İraq Baş nazirinin qadağa qərarını rədd etdi:
“HEÇ BİR HALDA QƏBUL EDİLƏ BİLMƏZ”

Kürd Muxtariyyətinin Baş naziri Məsrur Bərzani İraq Baş naziri Əli əz-Zeydinin regional administrasiyaya neft və neft məhsullarının ixracına icazə verməyi qadağan edən qərarını rədd edib.

 

Bu barədə “Rudaw” telekanalı məlumat yayıb.

 

“Bağdadın neft ehtiyatları və sərhəd-keçid məntəqələri üzərində nəzarəti mərkəzləşdirərək federal hökumətin ixtiyarına vermək qərarı heç bir halda qəbul edilə bilməz”, - Bərzani vurğulayıb.

 

Xəbər verdiyimiz kimi, İraq Baş naziri bu gün Kürd Muxtariyyətinin rəhbərliyinə neft və neft məhsullarının ixracına icazə verməyi qadağan edib. Rəsmi Bağdad bəyan edib ki, səlahiyyətlərin təkrarlanmasının qarşısını almaq məqsədilə İraq Kürdüstanı hökumətinə neft və neft məhsullarının ixracına dair icazələrin yalnız federal Neft Nazirliyi vasitəsilə verilməsi tapşırılıb.

 

Əli əz-Zeydi bütün sərhəd-keçid məntəqələrinin federal hökumət nümayəndələrinin idarəçiliyinə verilməsi barədə də göstəriş verib.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.