
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının fotosunu yayımlayaraq onu ABŞ-ın yeni ərazisi adlandırıb.
Senzor.az bildirir ki, o, şəkli "Truth Social" sosial şəbəkəsində paylaşıb.
Xatırladaq ki, Tramp bir neçə gün əvvəl Hörmüzə Birləşmiş Ştatların nəzarət etdiyini bəyan etmiş və tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan etmək niyyətində olduğunu bildirmişdi.
O, Nyu-York yaxınlığındakı Nassau dairəsində polis akademiyasında çıxışı zamanı demişdi: “İranı tam məğlub etdikdən sonra – onlar artıq ciddi məğlubiyyətə uğrayırlar – çox yaxın zamanda Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm”.