Binəqədidə "su qəzası"na düşənlər - VİDEO

Binəqədi rayonunun Xocəsən qəsəbəsində sakinlər beş gündür su problemi ilə üzləşdiklərini bildirirlər.

 

Baku TV-nin “qaynar xətt”inə müraciət edən sakinlərin sözlərinə görə, ərazidə suyun verilişi dayanıb, onlar içməli su ehtiyaclarını məhəllədəki bulaqlardan ödəməyə çalışırlar.

  

Lakin bulaqlardan gələn suyun təzyiqinin də olduqca zəif olduğu bildirilir.

 

"İşdən gəlirəm, vedrə-vedrə su daşıyıram. Hara zəng edirik, deyirlər, qəza var, düzələcək, amma heç kim baxmır", - deyə sakinlərdən biri qeyd edib.

 

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisindən keçən Kür-1 və Kür-2 magistral su xətlərini əlaqələndirən, Aprel Zəfəri küçəsinin su təchizatını təmin edən, diametri 200 millimetr olan su xəttində qəza baş verib.

 

Qurumun məlumatına görə, qəza nəticəsində su xəttinin üzərində yerləşən siyirtmədə texniki nasazlıq yaranıb.

 

Problemin aradan qaldırılması üçün Binəqədi Rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası əraziyə cəlb olunub.

 

Hazırda qəzalı su xəttinin və onun üzərində yerləşən siyirtmənin yenilənməsi istiqamətində təmir-bərpa işləri davam etdirilir.

 

Bildirilib ki, işlərin mümkün qədər qısa müddətdə yekunlaşdırılması və su təchizatının normal rejimdə bərpası üçün bütün zəruri tədbirlər görülür.


Ətraflı vireomaterialda:







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.