
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci yarısında 19224 nikaha daxilolma və 9776 boşanma halları qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Qeyd olunub ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 3,8-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.
DSK-nın məlumatında o da bildirilib ki, bu ilin yanvar-iyun aylarında ölkədə 30 625 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8-dən 6,0-a qədər artıb.