Paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Senzor.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumata görə, hazırda:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, bu gün səhər pik saatlarında Bakının küçə və prospektlərində olan sıxlıqlarla əlaqədar marşrut xətlərində bir çox istiqamətlər üzrə avtobusların hərəkətində gecikmələr müşahidə edilir.
Senzor.az