ABŞ Rusiyadan Ukrayna üçün NATO mexanizmlərinə oxşar təminatlar istəyəcək

ABŞ rəsmi olaraq Rusiyaya Şimali Atlantika Müqaviləsinin 4-cü və 5-ci maddələrində nəzərdə tutulan mexanizmlərə oxşar təhlükəsizlik təminatlarının Ukraynaya verilməsini təklif edib.

 

Bu barədə "Politico" qəzeti ABŞ Administrasiyasının iki yüksəkvəzifəli nümayəndəsinə istinadən yazıb.

 

Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, Vaşinqton ilk dəfə bu cür təminatların qəbul edilməsi məsələsini Moskva qarşısında rəsmi şəkildə qaldırmaq niyyətindədir. İddia olunur ki, məsələnin Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar zamanı müzakirə edilməsi planlaşdırılır.

 

"Biz ruslardan Ukraynaya 4-cü və 5-ci maddələrə analoji təhlükəsizlik zəmanətlərinin təmin edilməsini xahiş etmişik, bir şərtlə ki, NATO da eyni səviyyəli təminatlar versin", - yüksək rütbəli məmur bəyan edib.

 

Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsi üzv dövlətlərin təhlükəsizliyinə təhdid yarandığı halda onlar arasında məsləhətləşmələr keçirilməsini, 5-ci maddə isə kollektiv müdafiə prinsipini təsbit edir. Bu prinsipə görə, Alyansın iştirakçılarından birinə qarşı silahlı hücum hamıya qarşı hücum kimi qiymətləndirilir.

 

Bununla yanaşı, ABŞ və onun Avropa müttəfiqlərinin Ukraynaya belə səviyyədə təminatları necə təmin edə biləcəyi hələlik aydın deyil, çünki ölkə NATO-nun üzvü deyil.

 

Nəşr qeyd edir ki, Moskvanın bu cür təklifi qəbul etməsi ehtimalı azdır. Çünki bu, Qərb ölkələri tərəfindən Ukraynaya hərbi dəstəyin davam etdirilməsini və gücləndirilməsini nəzərdə tutur.

 

Qeyd edək ki, ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə baş tutmalıdır.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.