Qarabağ separatçıları özlərinə yeni “prezident” "seçdilər"
FOTO

Samvel Şahramanyan Qarabağ separatçılarının "prezidenti" "seçilib".

 

Senzor.az erməni KİV-ə istinadən bildirir ki, separatçıların “parlamenti”nin səsvermədə iştirak edən 23 “deputat”ından 22-si ona səs verib.

 

Qeyd olunur ki, Şahramanyanın namizədliyi dörd "fraksiya" - “Azad Vətən”, “Ədalət”, “Daşnaksütyun” AXC və “Artsax Demokratik Partiyası” tərəfindən irəli sürülüb. “Vahid Vətən” fraksiyası isə Samvel Babayanın (keçmiş “müdafiə naziri” və “Təhlükəsizlik Şurasının katibi”) namizədliyini irəli sürmüşdü, lakin bir gün əvvəl Babayanın vətəndaşlıq və son on ildə Qarabağda daimi yaşaması barədə arayışlar təqdim edilmədiyi üçün ərizə geri götürülmüşdü. 

 

Onu da xatırladaq ki, separatçıların keçmiş lideri Araik Arutyunyan böhran dövründə “ümumi blokada” ilə bağlı daxili siyasi fikir ayrılıqları səbəbindən sentyabrın 1-də istefa verib...

 

Senzor.az







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.