Son zamanlar bəzi teleqram kanallarında İranın Azərbaycanla sərhəddə hərbi qüvvələrini toplaması barədə xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə hərbi-diplomatik mənbələrdən bildirilib.
"Belə bir hal baş vermir. Bununla yanaşı, hazırda İranın yüksək səviyyəli hərbi nümayəndə heyəti Bakıda danışıqlar aparır. Onlar tərəfindən də bu məlumat təsdiqlənməyib", - mənbə bildirib.