30 il əvvəl Füzuli rayonunda itkin düşən Əsəd Məmməd oğlu Məmmədovun qalıqları Ağstafa rayonunda dəfn olunub.
APA-nın xəbərinə görə, şəhid Əsəd Məmməd oğlu Məmmədovun bir qədər əvvəl kütləvi məzarlıqda tapılan qalıqları Ağstafanın Eynallı kəndinin qəbiristanlığında, yaxınlarının məzarlarının yanında torpağa tapşırılıb.
**15:01
30 il əvvəl Füzuli rayonunda itkin düşən, bir qədər əvvəl kütləvi məzarlıqda qalıqları tapılan şəhid Əsəd Məmməd oğlu Məmmədovun qalıqları dəfn olunmaq üçün anadan olduğu Ağstafa rayonuna gətirilib.
APA-nın məlumatına görə, şəhidlə doğulduğu Eynallı kəndində vida mərasimi keçirilir. Mərasimə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri qatılıb.
Vida mərasimindən sonra şəhidin qalıqları Eynallı kənd qəbiristanlığında yaxınlarının məzarlarının yanında dəfn ediləcək.
Qeyd edək ki, Məmmədov Əsəd Məmməd oğlu 1966-cı ildə Ağstafa rayonunun Eynallı kəndi anadan olub. O, Birinci Qarabağ müharibəsi dövründə, 1993-cü ilin iyul ayında Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb.