Bakıda Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclası keçirilib

Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclası keçirilib.


İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Rusiyanın Baş prokurorları, MDB Baş prokurorların Əlaqələndirmə Şurasının icraçı katibi, eləcə də MDB Katibliyi və MDB-nin Anti-terror mərkəzinin məsul şəxsləri iştirak edib.


Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev dövlətimizin başçısı cənab İlham Əliyevin iclas iştirakçılarına müraciətini səsləndirib.


Daha sonra çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru təşkilat tarixində ilk dəfə olaraq yüksək səviyyəli tədbirin Bakıda təşkilindən məmnunluğunu ifadə edərək mötəbər iclasın iştirakçı ölkələrin prokurorluq orqanları arasında cinayətkarlıqla mübarizə, asayişin təmini, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişafına əlavə təkan verəcəyini vurğulayıb. MDB İcraiyyə Komitəsinin məsul əməkdaşı çıxış edərək təşkilati məsələlərlə bağlı məlumat vermişdir.


İclasda Belarus Respublikasının Baş prokuroru Andrey İsveç təmsil etdiyi qurumun narkotik alverçilərinin göstərişi ilə vətəndaşlara qarşı zorakılıq xarakterli cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təcrübəsi, Qazaxıstan Respublikasının Baş Prokuroru Berik Asılov Qazaxıstan prokurorluğunun cinayət prosesində vətəndaşların konstitusiya hüquqlarının müdafiəsi üzrə təcrübəsi, Qırğızıstan Respublikasının Baş prokuroru Zuluşev Toktoralyeviç yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində Qırğızıstan Respublikası prokurorluğunun təcrübəsi, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov dövlət əmlakının mühafizəsində prokurorluğun rolu haqqında, Tacikistan Respublikasının Baş prokuroru Yusuf Raxmon isə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Tacikistan Respublikası prokurorluğunun fəaliyyəti haqqında, Özbəkistan Respublikasının Baş prokuroru Niqmatılla Yuldaşev isə “Sahibkarlıq subyektləri və özəl investorlar üçün yaradılan geniş imkanlar” mövzusunda çıxışlar edib.


Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev beynəlxalq tədbirdə “Beynəlxalq hüquqi əməkdaşlıq - Azərbaycan Respublikası prokurorluğunun fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi” mövzusunda çıxış edib.


Daha sonra, MDB-yə üzv dövlətləri arasında əməkdaşlığın genişləndirilməsində müstəsna xidmətlərinə görə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə “MDB ölkələrinin fəxri prokuroru” döş nişanı və təşkilat çərçivəsində fəaliyyəti qiymətləndirilən digər şəxslərə müvafiq mükafatlar təqdim edilmişdir.


Tədbirdə Əlaqələndirmə Şurasının 33-cü iclasının gündəliyində duran aktual məsələlər, o cümlədən növbəti iclasın keçirilmə yeri və vaxtı, habelə digər təşkilati məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilərək iştirakçılar tərəfindən imzalanıb.


Sonra xatirə şəkli çəkilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.