"İtkin düşmüş bəzi şəxslərin taleyinin müəyyən edilməsi bizim üçün əhəmiyyətli hadisədir".
Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, 15 nəfərin taleyi müəyyən edilib: "Həmin şəxslərin taleyinin müəyyən edilməsi Azərbaycanın vətəndaşlarına verdiyi dəyəri göstərir".
Qurum rəsmisi diqqətə çatdırıb ki, Vətən müharibəsindən sonra da ermənilər itkin düşmüş şəxslərlə bağlı bizimlə əməkdaşlıq etmir: "Onlar bizə kütləvi məzarlıqların koordinatlarını vermirlər. Halbuki bu məlumatlar erməni cinayətkarlarında var".
H. Mikayıllının fikrincə, kütləvi məzarlıqların yerinin hələ də gizli saxlanılmasının heç bir hərbi əsası ola bilməz. O vurğulayıb ki, Ermənistan tərəfi bu məsələdə də destruktiv mövqe sərgiləyir.
**
"Bu ilin sonu yaxud gələn ilin əvvəlində itkin düşmüş şəxslərin qeydiyyatı siyahısında dəyişiklik etməli olacağıq".
Bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki,dövlət qurumlarına əvvəllər itkin düşməsi barədə məlumat verilməyən kəslərin yaxınları bizə quruma bu barədə müraciət edib.
**
“Az qala hər ay Azərbaycanda kütləvi məzarlıq aşkarlanır”.
Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.
PA rəsmisi bildirib ki, buna baxmayaraq, insan hüquqları təşkilatı hansısa reaksiya göstərmir: “Ermənistan isə, təəssüf ki, son vaxtlar Azərbaycana qarşı diplomatik müharibəyə başlayıb. Əslində, Ermənistan Azərbaycanla əməkdaşlıq etməlidir”.
**15:17
Füzulidə mina ilə çirkləndirilmiş bir ərazi var ki, orada kütləvi məzarlığın olduğunu ehtimal edirik.
Senzor.az xəbər verir ki, bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.
"Lakin mina təhlükəsi bizə imkan vermir", o əlavə edib.