Bakının bu yollarında tıxac var - BƏZİ AVTOBUSLAR GECİKİR
SİYAHI, FOTO

Paytaxtda yağışlı havada bir sıra yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

 

Senzor.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

 

Məlumata görə, hazırda:

 

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

 

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

 

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 

4. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə dairəsi" istiqamətində;

 

5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

 

6. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;

 

7. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

 

8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak.Həsən Əliyev küçəsi istiqamətində;

 

9. Akademik Həsən Əliyev küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;

 

10. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);

 

11. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

 

12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək;

 

13. Babək prospekti, mərkəz istiqamətində;

 

14. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;

 

15. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

 

16. Mikayıl Müşfiq küçəsi, "Badamdar dairəsi"ndən 20 saylı məktəb istiqamətində sıxlıq müşahidə olunur.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, bu gün səhər pik saatlarında Bakının küçə və prospektlərində olan sıxlıqlarla əlaqədar marşrut xətlərində bir sıra istiqamətlər üzrə avtobusların hərəkətində gecikmələr müşahidə edilir.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.