Paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Senzor.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumata görə, hazırda:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
5. Binəqədi şosesi, metronun "Azadlıq Prospekti" stansiyası istiqamətində;
6. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Zərifə Əliyeva küçəsində;
9. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
13. Babək prospekti, mərkəz istiqamətində;
14. Aeroport şosesi, metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, bu gün səhər pik saatlarında Bakının küçə və prospektlərində olan sıxlıqlarla əlaqədar marşrut xətlərində bir sıra istiqamətlər üzrə avtobusların hərəkətində gecikmələr müşahidə edilir.
Senzor.az