İran Azərbaycan və Ermənistana və əks istiqamətdə uçuşlara qoyduğu qadağanı aradan qaldırıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
“Antiterror tədbirlərinin başlanması ilə bağlı biz Azərbaycan və Ermənistan, həmçinin əks istiqamətdə uçuşları dayandırmışdıq. Artıq tədbirlərin başa çatdığı məlum oldu, ona görə də bəzi reyslərin uçuşuna icazə verilib”, - deyə İran Mülki Aviasiya Təşkilatının məlumatında qeyd olunub.