Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Ermənistanda səfərdədir.
“Sputnik Armenia” xəbər verir ki, Ermənistan müdafiə naziri Suren Papikyan Toivo Klaarı və Aİ Nümayəndəliyinin rəhbəri Vasilis Maraqosu qəbul edib.
Görüş zamanı regional təhlükəsizlik məsələləri və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə edilib.