Rusiya və İran prezidentləri Qarabağı müzakirə ediblər

Rusiya və İran prezidentləri arasında telefon danışığı olub.


Kremlin mətbuat xidməti xəbər verir ki, İran tərəfinin təşəbbüsü ilə Vladimir Putin İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.


İbrahim Rəisi İranın BRİCS-ə qoşulmaq üçün müraciətinə verdiyi dəstəyə görə rusiyalı həmkarına təşəkkür edib. Rusiyanın 2024-cü ildə sədrliyi nəzərə alınmaqla, bu Birliyin tamhüquqlu fəaliyyətinə İranın tamformatlı əlaqəsini təmin etmək üçün addımlar müzakirə edilib.


Qarabağ ətrafındakı vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Vladimir Putin Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, o cümlədən mülki şəxslərə humanitar yardımın göstərilməsi, Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin qorunması barədə məlumat verib.


Rusiya və İran prezidentləri bütün məsələlərin müstəsna olaraq sülh, siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar. “3+3” məsləhətçi regional platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) işinin fəallaşdırılmasında qarşılıqlı maraq ifadə olunub.


İkitərəfli gündəliyə baxılarkən Rusiya-İran əməkdaşlığının konstruktiv və qarşılıqlı faydalı xarakterindən məmnunluq ifadə olunub. Ticarət-iqtisadi əlaqələri daha da gücləndirmək, enerji və nəqliyyat sənayesində iri birgə layihələri təşviq etmək, işgüzar dairələr və turizm mübadilələri xətti ilə əlaqələrin genişləndirilməsi niyyəti təsdiqlənib.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.