İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğludan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Senzor.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident!
Zati-alinizin sarsılmaz qətiyyəti və əzmi sayəsində Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirlərinin zəfərlə başa çatması bizim kimi, bütün Türk və İslam dünyasında sevinclə qarşılandı.
Fürsətdən istifadə edərək, Sizə və lideri olduğunuz Azərbaycan xalqına ən xoş arzularımı, təbriklərimi və ehtiramımı ifadə edirəm".