Paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Senzor.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumata görə, hazırda:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
6. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
8. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə;
9. Ağa Neymətulla küçəsi, "Nəriman Nərimanov" metro stansiyası istiqamətində;
10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
13. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
14. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
15. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
16. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
17. Babək prospekti, mərkəz istiqamətində;
18. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
19. "20 Yanvar" dairəsində;
20. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.