İran Ermənistan-Azərbaycan sərhədinə müşahidəçi göndərməyə hazırdır.
Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə deyib.
“İran İslam Respublikası Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə kömək etməyə hazırdır. Biz Ermənistan-Azərbaycan Respublikası sərhədinə müşahidəçi göndərməyə hazır olduğumuzu bildiririk. Regiondan kənar yeni aktorların olması mürəkkəbliyi və qeyri-sabitliyi artırır”, - İran Baş qərargah rəisi qeyd edib.